YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 15-də  Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə  YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın Şura, İdarə Heyəti üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, Gənclər Birliyinin fəalları iştirak ediblər.

Dəyirmi masanı  giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda və MDB –nin Dövlət Başçıları Şurasının məhdud  tərkibli Aşqabad  zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı söylədiyi cəsarətli, milli maraqlarından çıxış edən, hər bir Azərbaycan xalqının nümayəndəsinin hüquqlarını müdafiə edən fiirlərini  bir daha dəyərmi masa iştirakçılarının nəzərinə çatdırıb.

Vüqar Seyidov  bildirib ki, hər iki beynəlxalq tribunadan cənab Prezident Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qətiyyətli şəkildə ifadə etdi. Onun sözlərinə görə, cənab Prezidentin nitqindən həm münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar, həm münaqişəni süni şəkildə beynəlxalq hüquq və normalara zidd olaraq  uzadan Ermənistan nəticə çıxarmalıdır. Təşkilat sədri deyib ki, Azərbaycan xalqı Prezidentimizin mövqeyini birmənalı olaraq dəstəkləyir: ““Qarabağ  Azərbaycandır!”  bəyanatı adi bir şüar deyil, Azərbaycan xalqının Qarabağla olan bağlılığını özündə ehtiva edən anlayışdır. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu torpağı bizdən almaq mümkün deyil”.

Daha sonra tədbirdə YAP Suraxanı rayon təşkilatı GB –nin İdarə Heyətinin üzvü Şəbnəm Rzayeva və  Ədalət Mahmudov çıxış edərək xalqımızın bu məsələdə Prezidentimiz İlham Əliyevin mövqeyini birmənalı şəkildə dəstəkləyini vurğulayıblar.

Sonda YAP Suraxanı təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarına müvafiq tövsiyələr verib.