YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ermənistanın dövlət siyasətində faşizmin əlamətləri mövcuddur

“Prezident İlham Əliyevin “ Valday” Beynəlxalq Diskussiya Klubunda “ Qarabağ Azərbaycanındır!” nidasını səsləndirməklə bu məsələni milli ideya və hərəkata çevirdi. Eyni zamanda, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Zirvə Görüşündə dövlətimizin başçısı Ermənistan dövlətinin mahiyyətini bir daha ifşa etdi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Zirvə görüşündə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar məsələ müzakirə olundu. Onun sözlərinə görə,  Azərbaycan xalqının bu müharibədə fədakarlıq nümayiş etdirdiklərindən və ən əsası Bakı neftinin müharibədə oynadığı roldan danışılaraq qələbədə Azərbaycanında mühüm rolu olduğunu qeyd edilib.

“Lakin Ermənistanda isə faşist cəlladı, faşistlərə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulub. Dəfələrlə bu heykəlin götürülməsilə əlaqədar MDB ölkələrindən olan müharibə veteranları müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Qaregin Njde “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” şüarı ilə Böyük Vətən müharibəsində faşizmə xidmət etmişdir. Faşizmə xidmət edən, faşizmin qəhrəmanına MDB məkanında yer olmamalı, MDB-də Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş əsl qəhrəmanların xatirəsi əbədiləşdirilməlidir ki, gələcək nəsillər də bunun haqqında dərin məlumata malik olsunlar. Paşinyan isə həmşəki kimi sərsəm çıxışı ilə iclas iştirakçılarına yalan, heç bir həqiqətə söykənməyən arqument gətirdi. Sonda isə cənab Prezidentimiz onun bu arqumentlərini faş etdi, yalan olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sənədlərində müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrdə də Ermənistanın faşizmə xidmət edən, satqına heykəl qoyulması pislənilmişdir. Lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur. Bütün bunlar göstərir ki, Ermənistanın dövlət siyasətində faşizmin əlamətləri mövcuddur”-deyə, deputat qeyd edib.