YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ümumxalq həmrəyliyinin güclənməsinə xidmət edir

“Azərbycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatı Vətənini, xalqını sevən milyonlarla vətəndaşımızın ürəyinin səsidir. Beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə ünvanlanan bu mesaj milli ruhdan, torpağa məhəbbətdən, işğal altındakı ərazilərimizin azad edilməsinə olan inamdan qaynaqlanır və ölkə rəhbərinin qətiyyətini, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu davamlı, dönməz mövqeyi əks etdirir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, “Qarabağ Azərbaycanın əzəli torpağıdır və mütləq işğaldan azad ediləcəkdir” ifadələrini hər bir tədbirdə, görüşdə tez-tez  səsləndirən, öz prinsipial mövqeyini ortaya qoyan dövlət başçısı son dəfə Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunda dünya ictimaiyyətinə bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzün təmin olunmasında heç bir güzəştdən sohbət gedə bilməz. Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir və buna nail olacaq. Onun sözlərinə görə, qələbəyə nail olmaq isə milli həmrəylikdən, birlikdən keçir. Məhz milli birliyin olmaması keçən əsrin 90-cı illərində torpaqların işğalına bilavasitə zəmin yaratmış, erməni təcavüzkarları xalqımızı ağır bəlalara düçar etmişlər.

“Bu gün Qarabağ uğrunda mübarizədə bütün Azərbaycan xalqı bir cəbhədə olmalı, bir məqsəd uğrunda çarpışmalıdır. Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə verdiyi mesaja əsaslanan Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi  Əli Əhmədovun “Qarabağ Azərbaycandır!” hərəkatının yaradılması haqqında verdiyi təklif məhz bu məqsədə-işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ümumxalq həmrəyliyi üçün bütün qüvvələrin səfərbər olunmasına xidmət edir. Bu hərəkatın vahidliyi əlbəttə ki, düşmənlərimizə, beynəlxalq aləmə qürurumuzu, həmrəyliyimizi nümayiş etdirmək, müəyyən qüvvələrə təsir etmək baxımından əhəmiyyətlidir. Qarabağ məsələsində yekdil olan vətəndaşlarımız bu hərəkatı təşkilatlandırmaqla həm də özlərinin demokratik amallara sadiq olduğunu sübut etmiş olacaqlar. Dünya bir daha dərk etməlidir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, ayrılmaz olaraq qalacaq və işğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaq”-deyə, T.Rzayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv