YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rəhbərliyi Horadiz şəhərində gənclərlə görüş keçirib

Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Horadiz şəhərində gənc fəallarla görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov və Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova iştirak ediblər.

Əvvəlcə Horadiz şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub. Baş Nazirinin müavini Əli Əhmədov və Milli Məclisi sədrinin müavini Bahar Muradova sonra Heydər Əliyev Mərkəzinin ərazisindəki internet kafedə gənclərlə səmimi söhbət ediblər.
Füzuli Dram Teatrında keçirilən tədbirdə Baş nazirin müavini Əli Əhmədov bildirib ki, son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir: “İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.

Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözlədiyini diqqətə çatdırıb.

YAP rəhbərliyinin gənclərlə görüşündə gəncliyi maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır.