YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Bu yanaşma əslində təcavüzkarı himayə etməkdir

«Ermənistana məxsus döyüş helikopterinin hava məkanımızda məhv edilməsi ilə əlaqədar beynəlxalq müstəvidə verilən bəyanatlar bir daha ikili standartların nümunəsidir. Bu, çox təəssüf doğuran haldır». Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, partiyanın İdarə Heyətinin üzvü Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bir sıra beynəlxalq qurumların, ATƏT-in Minsk qrupu həmsədrlərinin yanaşmaları bir daha təcavüzkara münasibətdə yumşaq mövqeyinin göstəricidir. Onun fikrincə, bununla Qərb dünyası və Avropanın müəyyən siyasi dairələri hadisəyə münasibətdə ikili yanaşma ortaya qoyur.

«Bu,  yolverilməz və qəbul olunmaz haldır. Bu yanaşma əslində təcavüzkarı himayə etməkdir. Təcavüzkarı himayə isə bumeraq kimi həmin ölkələrin özünə dəyəcək. Ermənistan işğalçıdır və onun döyüş  helikopterinin mövqelərimizə hücum zamanı vurulması Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksək olmasını göstərən hadisədir»- deyə, M.Qurbanlı vurğulayıb.