YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun problemlərinin həllini diqqət mərkəzində saxlayır

“Erməni təcavüzü nəticəsində Ermənistandan və Dağlıq Qarabağdan qaçqın və məcburi köçkün düşmüş 1 milyondan artıq insanların yaşayış və həyat tərzi böyük əksəriyyəti acınacaqlı vəziyyətdə idi. Ulu Öndərin hakimiyyətə gəldiyi dövrdə ölkəmizdə ümumi vəziyyət gərgin olaraq heç bir imkan və şəraiti olmayan ölkənin iqtisadi vəı siyasi qurumu son dərəcə kəskin olduğu bir dövrdə Ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə sərəncamlar vermiş, müavinətlər təyin etmiş və getdikcə sosial vəziyyətlərin yaxşılaşmasına doğru ilk addımları atmışdır”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, 2003-cü ildən başlayaraq Prezidentimiz İlham Əliyev Ulu Öndərin siyasətini uğurla həyata keçirərək qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə ilk növbədə yaşayış massivlərini tikərək ağır şəraitdə yaşıyanları köçürməsinə nail oldu və ümumilikdə indiyə qədər 106 qəsəbə müasir üslübda tikilərək qaçqın və məcburi köçkünlərin istifadəsinə verilmişdir. Sonuncu 106-cı “Qobu Park 2” yaşayış kompleksi I Vitse Prezident Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksidir.

“Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüş, bu il isə 6000 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. O bir daha onu göstərir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun problemlərinin həllini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli tərəqqiyə xidmət edən siyasətin əsas məqsədlərindən biri olan sosial rifahın yüksəlməsi, insanların layiqli həyat tərzinin təmin olunmasından ibarətdir”-deyə, deputat söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv