YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Azərbaycan cəmiyyətinin özünəməxsusluğu ondadır ki, pisi yaxşıdan seçə bilir və yaddaşı itidir

“Bir neçə gün öncə müxalifətin müraciəti əsasında razılaşdırılmış piketə icazə verildi. Şəhərin mərkəzində,  əhalinin və nəqliyyatın ən sıx olduğu yerdə piketə icazə verilməsini hökümətin kifayət qədər humanist və loyal addımı kimi qiymətləndirilməlidir. Təbii ki, müxalifət bilərəkdən bu yer üçün müraciət etmişdi,çünki əhalinin sıx olduğu yerdə manevr imkanları, qarışıqlıq və qarşıdurma hallarının yaradılması asandan asan məsələdir. BŞİH qanunauyğun şəkildə piketə icazə verdi və onların konstutsion hüquqları təmin olundu”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əlieyva deyib.

S.Əliyeva bildirib ki, müxalifət piketdən küçə yürüşünə cəhd, Azərbaycan polisini qaralamaq, asayişi pozanları hüquqları pozulmuş adamlar kimi təqdim etmək kimi yanlış mövqe sərgilədilər.  Hər misalda Avropanı məsəl çəkənlər yəqin orda baş verən icazəsiz mitinqlərdə də polisin müdaxiləsindən xəbərsizdilər, gözyaşardıcı qazdan istifadə etdiklərini,  təyziqli su ilə toplaşanları dağıtdıqlarını görməyiblər. Məsələn, Fransada məşhur sarıjiletlilərlə bağlı qarşıdurma... Əslində bu hadisələr normaldır, cəmiyyət varsa narazı elektorat həmişə olacaqdır, lakin dövlət ondan ötrüdür ki, məhz demokratik və humanist dəyərlərə hörmət edərək, bu kimi fəaliyyətlərə icazə versin, lakin qanunların da hamı üçün eyni olması prizmasından çıxış etsin. Dövlət hər kiçik narazı qrupun və ya kütlənin arzularını yerinə yetirməklə məşğul ola bilməz və olmamalıdır, həm də əgər bu istəklər xalqın maraqlarına yox, qrupun eqosunu təmin etməsinə yönəlibsə... Qısası, piketdən sui-istifadə göz qabağındadır, yenə hay-küydən başqa bir şey olmadı və Fuad Qəhrəmamlının məlum hadisələrdən sonra piketin əsas fiquru olması müxalifətin ən uğursuz qərarlarından biri  idi.

“Ümumiyyətlə, vətəndaşlarımız müxalifətə inanmır və keçmişi xırdalamadan bunun bir neçə səbəbini izah edə bilərik. Birincisi, ona  görə ki, onlar sadəcə dövlətə deyil, bir birlərinə də müxalif mövqedən yanaşırlar, yəni fikir ve ideya həmrəyliyi yoxdur. İkincisi, apardıqları "mübarizə" siyasi etikadan kənar, böhtan, qaralama  və daha çox dava-dalaşa təhriketmə  ruhundadır. Üçüncüsü, yeni ideya, fikir və fəaliyyət yoxdur, aqresivlikləri isə daha çox cəmiyyətdə qıcıq yaradır. Dördüncüsü, yeni simanın olmaması və köhnə müxalifətçilərin keçmişdəki uğursuzluqlarınən unudulmaması. Beləcə, iqtidarı günahlandırmaq yox, özünə dönub baxmaq lazımdır.Və sonda xatırlatmaq istəyirdim,  Azərbaycan cəmiyyətinin özünəməxsusluğu ondadır ki, pisi yaxşıdan seçə bilir və yaddaşı itidir”-deyə, deputat qeyd edib.