YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Pirallahı Gənclər Mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı altında tədbir keçirildi

Pirallahı Gənclər Mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı altında tədbir keçirildi.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Rüfət Əhmədov və gənc fəallar iştirak etdilər. 

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov öz çıxışında bildirdi ki, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəlib. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və qabiliyyətinə inamı qat-qat artıb. Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında  “Qarabağ Azərbaycandır!” səsləndirməklə qeyd olunan dəyərin milli statusunu daha da yüksəltmiş oldu. Diqqətə çatdırıldı ki, “Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bildi. Onun birləşdirici xarakterinin  və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önündə yeni bir hərəkat yaranır,  “Qarabağ Azərbaycandır!”  hərəkatı. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. Bu hərəkat əzəmətli bir selə bənzəyərək, bütün Azərbaycan xalqını əhatə edibdir. Hər yerdə, kəndlərdə, şəhərlərdə, idarə, müəssisə və təşkilatlarda böyüklü-kiçikli hamı “Qarabağ Azərbaycandır!” deyir. Eyni zamanda bildirildi ki, təxribat törətmək, sabitliyi pozmaq, ara qarışdırmaq niyyəti ilə küçələrə çıxıb yersiz çağırışlar edənlərin xalqdan və onun ideyalarından nə qədər uzaq düşdüyü bu günlərdə daha qabarıq görünür. Sanki onlar bu ölkənin vətəndaşı, bu millətin övladları deyil. Açığı belə bir mənzərəni görmək həm təəssüfləndirici, həm də utandırıcıdır. Təsəlli verən odur ki, xalqdan ayrı düşüb fərqli, eyni zamanda zərərli maraqların daşıyıcısı olanların sayı çox deyil.  “Azərbaycan hökuməti tərəfindən “Milli Şura”ya piketin keçirilməsi ilə bağlı icazənin verilməsi ölkəmizdə insan hüquqlarına, sərbəst toplaşmaq azadlığına həssaslıqla yanaşıldığının göstəricisidir” - deyən H.Şikarov bildirdi ki, 90-cı illərin psixologiyası ilə yaşayan bu şəxslər müəyyən yollarla qanuna tabe olmayaraq küçədə polisə müqavimət göstərməyə, təhqiramiz ifadələr işlətməklə çaxnaşma yaratmaq, ictimai asayişi pozmaq istədilər.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu.