YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub

Oktyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva paytaxtın Füzuli küçəsi boyunca salınan Mərkəzi Parka gəlib.

Leyla Əliyeva şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etmək məqsədilə salınan yeni parkda yaradılan şəraitlə tanış olub.

Leyla Əliyeva ərazisi 20 hektar olan parkda IDEA İctimai Birliyinin könüllüləri ilə birgə kütləvi ağacəkmə aksiyasında iştirak edib.