YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanla Rusiyanın turizm əməkdaşlığının genişləndirilməsi üçün proqramın imzalanması planlaşdırılır

Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün növbəti 3 il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə həftədə 100-dən çox birbaşa aviareys həyata keçirilir. 2018-ci ildən Moskva şəhərində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi fəaliyyət göstərir. Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında növbəti üç il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur. Görülən bu işlər nəticəsində Azərbaycan ilə Rusiya arasında turistlərin sayının daha da artacağı gözlənilir”, - deyə Ş.Mustafayev bildirib.

 

DİGƏR Xəbərlər Arxiv