YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilir

Milli Məclisin noyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilir.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başlayıblar. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanın həyata keçirilməsində hökumət ciddi uğurlar qazanıb. Dünyada və regionda baş verən maliyyə böhranı ölkə iqtisadiyyatından yan keçib. Deputatlar əminliklə bildiriblər ki, 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan bütün məqsədlərə nail olunacaq.
İclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında”, Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihələri də müzakirə olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv