YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan növbəti böyük uğura imza atıb!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu "İnstagram" səhifəsində təbrik edib.

Təbrikdə deyilir: “Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!”.