YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zərdab rayon təşkilatı 1 oktyabr Ahıllar Günü ilə əlaqədar rayon ərazisində sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı 1 oktyabr Ahıllar Günü ilə əlaqədar rayon ərazisində sosial aksiya keçirib.

Aksiyada qeyd olunub ki, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir: “Yeni Azərbaycan Partiyası hər zaman bu cür sosial aksiyalar reallaşdırır. Partiyamızın fəal üzvləri də bu aksiyalarda fəal iştirak edirlər. Bu gün reallaşdırılan ahıl insanlara, aztəminatlı ailələrə sosial yardım aksiyası da dövlətimizin və partiyamazın sosial siyasətini özündə ifadə edir”.

YAP Zərdab rayon təşkilatının sədri P.Mahmudova belə görüşlərin bundan sonra da davam edəcəyini deyib. Hökumətin və partiyanın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərlikdən, insanlara qayğıdan xəbər verdiyini deyən təşkilat sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşılaşması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılsın. Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.

YAP Zərdab rayon təşkilatı və onun fəalları rayon ərazisində yaşayan 15-dan çox ahıla baş çəkib, onları ehtiyyacı olan zəruri ərzaqla təmin etmişlər.

Qeyd edək ki, ziyarət olunan ahıl, qayğıya ehtiyacı olan insanlar, belə xeyriyyə aksiyalarının təşkilinin ölkəmizdə aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə Ulu öndərin yaratdığı və Azərbaycan xalqına qiymətli miras kimi qoyduğu Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər.