YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Son illər sosial-iqtisadi sahədə aparılan islahatlar dövlətimizi daha da gücləndirir

“Azərbaycan dövlətinin siyasətində vətəndaş amili daim öndədir ”. Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, son illər sosial-iqtisadi sahədə aparılan islahatlar dövlətimizi daha da gücləndirir. Onun sözlərinə görə,  sosial islahatlar da vətəndaşlarımızın maraqlarına xidmət edir. Millət vəkili qeyd edib ki, atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Bu da cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir.

“Prezident İlham Əliyevin siyasətinin əsasında milli maraqların qorunması, dövlətimizin daha da gücləndirilməsi və əhalinin sosial rifah halının yüksəldilməsi dayanır. İqtisadiyyatımız inkişaf etdikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni-yeni addımlar atılır. Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub. Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir. Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv