YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yasamal rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiya keçirib

Fəaliyyətini xeyirxahlıq və humanizm prinispləri əsasında formalaşdıran Yeni Azərbaycan Partiyası beynəlxalq səviyyədə qeyd olunan 1 oktyabr -Beynəlxalq Ahıllar Gününü müdrikliyə, yaşlı nəslə hörmət kimi qeyd edir. Həmin gün ahıllara baş çəkməyi, yaşlı nəslin həyat tərzi ilə maraqlanmağı insana qayğının tərkib hissəsi kimi ümdə vəzifə hesab edən YAP-ın yerli təşkilatları ərazilərində yaşayan ahıllara hədiyyələr aparırlar.

Bu gün YAP Yasamal rayon təşkilatının fəalları ərazidə yaşayan bir neçə ailədə olmuş, ahılların səhhəti, həyat tərzi, ehtiyacları ilə maraqlanmışlar. Ömrünün müdriklik çağını yaşayan, həyatını xalqına , Vətəninə həsr etmiş bu insanlar təkcə üzvü olduqları ailələrin deyil, bütünlükdə cəmiyyətin ən hörmətə layiq üzvləridirlər.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bütün kampaniyalarda fəallıq göstərən rayon təşkilatı üzvlərinin bu ənənəyə sadiq qaldığını bildirib.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri İlqar Quliyevin və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyi idarə heyətinin fəal üzvləri Yasamal rayonu ərazisində yaşayan ahıllarla görüşləri bir həyat məktəbi kimi gənclərin yaddaşına əbədilik xatirə kimi yazılıb.

Ahıllardan Bəyim Zahidova, Əzizə Pirimova, Zərnigar Əliyeva, Tünzalə Məmmədova, Əli Əkbərov, Aydın Sadıqzadə, Xalidə Bağırova onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv