YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi

“25 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi. “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın dünya ölkələri arasında mövqeyi qısa müddətdə xeyli yaxşılaşdı. Ölkəmiz yeni neft strategiyasını müəyyənləşdirdi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, 1993-cü il Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ölüm ya ölüm məsələsini həll etdi. Ölkəni bu vəziyyətdən qurtarmaq üçün müxtəlif yollar axtarıldı. Ilk növbədə ölkənin dağılmaq qarşısını almaq, sonra inkişaf barədə fikirləşmək. Neft müqavilələri barədə müzakirələrə xüsusi yer verdi. Uzun müddət müqavilələr üzərində işlənildi burada ölkənin mənafeyinə, maraqlarına xidmət edən bir müqavilə əldə edildi. 1994-cü il sentyabrın 20-də Qərbin nəhəng neft şirkətləri ilə neft kontraktı bağlanıldı. Neft kontraktının bağlanması üçün çox ağır danışıqlar aparıldı nəhayət Ümumilli lider Heydər Əliyev xalqın maraqlarına cavab verən böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsinin” imzalanmasına nail olur. Ulu öndər Heydər Əliyevin təkidi , zəhməti, uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişafı naminə yeni inkişaf erasına daxil olması üçün Azərbaycan neftinin Avropaya nəql olunmasına hesablanmış bir layihənin reallaşmasına imza atdı və nəhəng neft şirkətlərinin bu layihəyə imza etmələrinə inandırdı və “əsrin müqaviləsinin” imzalanmasına nail oldu. Bu işi Ümumilli lider Heydər Əliyevdən başqa heç bir qüvvə bu cür müqavilə imzalaya bilməzdi.

“Azərbaycanın bu günki inkişafında “Əsrin müqaviləsi”nin mühüm rolu vardır. Neft kapitalını insan kapitalına çevrilməsi qarşıya qoyulan hədəflərdən biridir. Möhtərəm Prezidentimiz buna nail oldu və daha çox nəticə aldı. Azərbaycan enerji təhlükəsizliyi mərkəzinə çevrildi. Ölkənin inkişafı, sabitlik, stabillik xarici investorları n cəlb olunmasına şəriat yaratdı. Ölkəmizə o vaxtdan gələn investorlar bu gündə işləyirlər. Müqavilə bu gündə öz əhəmiyyətli rolunu oynayır.Prezident Cənab İlham Əliyev demişdir ki, “ neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifahı halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vəsaitdir”. Əldə olunan uğurları və xalqımızın, dövlətimizin gələcəyini nəzərə alınaraq “ Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Enerji təhlükəsizliyi ilə əlaqədar yeni beynəlxalq layihələr reallaşmağa başladı. Ölkəmiz enerji təhlükəsizliyi ilə əlaqədar olan beynəlxalq layihələrdə söz sahibinə çevrildi”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv