YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir

“Hər bir dövlətdə sosial iqtisadi vəziyyətin güzgüsü makroiqtisadi göstəricilərin sabitliyi, ÜDM-nin artım tempi, valyuta qızıl ehtiyatları, xarici borcun miqdarı, beynəlxalq kredit reytinqi, iqtisadiyyata yatırılan investisiya, həyata keçirilən sosial layihələr və bir çox digər amillərlə xarakterizə olunur. Azərbaycanda da son zamanlar aparılan islahatlar, sahibkarlığın inkişafı, qeyri-neft sektoru ilə bağlı görülən işlər, dövlət büdcəsinin icra vəziyyəti onu deməyə əsas verir ki, 2019-cu il də uğurla başa çatacaq”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, insanların daha yaxşı yaşaması hər zaman prioritet olub. Onun sözlərinə görə, dövlət başçısının ötən illər ərzində atdığı addımlar, həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar bunu deməyə əsas verir. 

“Cari ilin əvvəlindən cənab Prezidentin qəbul etdiyi sosial paketin icrasına başlandıqdan isə minimum əməkhaqqı bu il ərzində 100 faizə yaxın artaraq 250 manata qaldırıldı. Demək olar ki, büdcədən maliyyələşən işçilərin tam əksəriyyətinin maaşları , pensiyalar, təqaüdlər artırıldı, şəhid ailələrinə birdəfəlik yardımlar verildi. Məcburi köçkünlərin, Qarabağ müharibəsi əliləri, şəhid ailələrinin mənzil problemlərinin həlli istiqamətində çox böyük addımlar atıldı. Tam əminliklə demək olar ki, ölkəmiz uğurla inkişaf edir, əhalinin rifah halı getdikcə yaxşılaşır”-deyə, deputat qeyd edib.