YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycanın 2020-ci ilə qədər hədəfləri böyükdür

«Azərbaycanın 2020-ci ilə qədər hədəfləri böyükdür». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, Azərbaycanı əsas hədəfi inkişaf etmiş ölkələrin sırasına qoşulmaqdır. Onun sözlərinə görə, ölkəmizdə 2020-ci ilə qədər ümumi daxili məhsul istehsalının iki dəfə artırılması nəzərdə tutulur.

«Bu gün ölkəmizdə qeyri-neft seçktoru sürətlə inkişaf edir, eyni zamanda, sənayenin inkişafı istiqamətində də mühüm addımlar atılmaqdadır. Həmçinin, ölkəmizin dinamik inkişafı hər bir bölgədə nəzərə çarpmaqdadır. Bütün rayonlarda inkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası prosesi gedir. Regionlarda yaradılan yeni sənaye müəssisələri ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas məqamlardandır»- deyə, komitə sədri vurğulayıb.