Xəbərlər
Gürcüstanın İqtisadiyyat naziri Bakıya gələcək

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sentyabrın 17-də Bakıya səfər edəcək.
Səfərin məqsədi Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi barədə müzakirələr aparılacaq.
Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşləri də nəzərdə tutulub.
Səfər iki gün davam edəcək.