YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Qəhrəmanova: Bu gün ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir

“Azərbaycan qadınları ötən il seçib-seçilmək hüququnun əldə olunmasının 100 illiyini qeyd etdilər. 100 il əvvəl və ondan çox-çox öncə Azərbaycan qadınları xalqımıza qürur verən şərəfli bir tarix yazıblar. Bu gün ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir. Ölkəmizin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması bütün sahələrdə gender bərabərliyinin təmin olunmasına, qadınların özünü reallaşdırmasına, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

S.Qəhrəmanova bildirib ki, Azərbaycan əhalisinin ümumi sayının 50,1%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Hazırda qadınlarımız həm idarəetmə, həm də qərarqəbuletmə sahəsində yetərincə təmsil olunurlar. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə də qadınlarımızın sayı ildən-ilə yüksəlir. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur.

“Hazırda sahibkar qadınların xüsusi çəkisi 30%-ə çatıb. Bu isə Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan siyasi xəttin və Azərbaycan Hökumətinin həyata keçirdiyi dövlət qadın siyasətinin məntiqi nəticəsidir. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı ildən-ilə yüksələrək 46 faizə çatıb. Bu ilin dekabrında bələdiyyələrə seçkilər keçiriləcək. Artıq ilin əvvəlindən başlayaraq qadınlarla iş aparılır. Yəqin ki, bu dəfə də yüksək nəticələr əldə edə biləcəyik”-deyə, S.Qəhrəmanova qeyd edib.