YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Biz ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdlərini qətiyyətlə pisləyirik

“Azərbaycan dövləti uğurla inkişaf edir, onun beynəlxalq müstəvidə mövqeyi güclənir. Bu isə xaricdəki müəyyən dairələri narahat edir”. Bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, xaricdəki anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Onun sözlərinə görə, Azərbaycandan kənarda yaşayan bəzi azərbaycanlılar da sosial şəbəkələrdən, internet televizyalarından intensiv olaraq canlı yayında xalqı çaıdrmağa çalışır, dövlətimiz, dövlət başçısına qarşı şər-böhtan atırlar.

“Onlar ölkəni xaosa çevirmək, əldə etdiyimiz bütün uğurları məhv etmək istəyirlər.  Bu ssenarinin təməl daşını qoyan məhz Avropada məskunlaşan və onlara dəstək verən dağıdıcı antimilli qüvvələrdir. Ölkəni anarxiyaya sürükləmək istəyən həmin insanlar Azərbaycana düşmən olan qüvvələr tərəfindən idarə olunurlar, maliyyələşdirilirlər. Eyni zamanda,  məqsəd Azərbaycan dövləti və iqtidarı ilə xalq arasında etimadsızlıq toxumu səpmək, xalqla iqtidar arasındakı birliyi sarsıtmaqdır. Bütün bunlar Azərbaycanın dövlətçliyinə, milli maraqlarına qarşı yönəlmiş olan xətdir. Biz dövlət maraqları naminə bu çirkin fəaliyyəti, ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdlərini qətiyyətlə pisləməliyik və pisləyirik”-deyə, deputat qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv