YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov İCAPP-ın sədr müavini ilə görüşüb

Sentyabrın 6-da Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi” mövzusunda ICAPP Gənclər Qolunun 5-ci, ICAPP Qadınlar Qolunun 6-cı iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Asiya Siyasi Partiyaların Beynəlxalq Konfransı (İCAPP) sədrinin müavini, Pakistan Senatının üzvü və Xarici əlaqələr Komitəsinin sədri Mushahid Hussain Sayed ilə görüşüb.

YAP Sədrinin müavini Əli Əhmədov İCAPP-ın Asiya qitəsini birləşdirən və regionun dünyadakı mövqelərini möhkəmləndirən əhəmiyyətli siyasi platforma olduğunu bildirib. Həmçinin, Əli Əhmədov qurum ilə Yeni Azərbaycan Partiyası arasında mövcud olan sıx  əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Baş nazirin müavini Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasını da xüsusi vurğulayıb.  Azərbaycanda dərin sosial-iqtisadi islahatların həyata keçirildiyini, hər bir sahədə inkişaf göstəricilərinin qeydə alındığını qeyd edən Əli Əhmədov ölkəmiz qarşısında əsas problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə Pakistanın verdiyi dəstəyi Azərbaycan xalqının yüksək qiymətləndirdiyini söyləyib.

Öz növbəsində İCAPP-ın sədr müavini Müşahid Hussain Sayed Yeni Azərbaycan Partiyasının aktiv üzv kimi təşkilatın fəaliyyətində yaxından iştirak etdiyini, İCAPP-ın bir sıra mühüm tədbirlərinə uğurla ev sahibliyi etdiyini bildirib. Qonaq İCAPP-ın Gənclər Qolunun və Qadınlar Qolunun Bakıda keçiriləcək növbəti iclaslarının da uğurlu olacağına əminliyini ifadə edib. Müşahid Hussain Sayed qeyd edib ki, gənclərin inkişafına dəstək verilməsi, qadınların ictimai-siyasi həyatda mövqelərinin möhkəmləndirilməsi hər bir ölkə üçün önəm daşıyan məsələdir. Eyni zamanda, Müşahid Hussain Sayed Pakistanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini  vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva görüşdə iştirak edib.