YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Yeni Azərbaycan Partiyasının təşkil etdiyi qanvermə aksiyası böyük mənəvi əhəmiyyət kəsb edir

“Yeni Azərbaycan Partiyasının təşkil etdiyi qanvermə aksiyası böyük mənəvi əhəmiyyət kəsb edir”. Bu fiki Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  sədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, partiyamız hər zaman müxtəlif xarakterli aksiyalar keçirir. Onun sözlərinə görə, bunların arasında humanizm xarakterli tədbirlər üstünlük təşkil edir.

“Bu baxımdan, qanvermə aksiyası da böyük əhəmiyyət kəsb edir. Çünki qana ehtiyacı olan insanlar var. Bu onlara həyat verir. Artıq məhərrəm ayı başlayıb və bu ayda qan vermək ənənə halını alıb. Bilirsiniz ki, xurafata uyanlar bu ayda başlarını yararaq, bədənlərinin müxtəlif yerlərinə xəsarət yetirirək qanlarını tökürlər. Biz bu cür hallara yol verməməliyik, xeyirxah əməlləri davam etdirməliyik. Bu ayda ramazan və digər müqəddəs təqvimlərdə olduğu kimi xeyirxahlıq etmək, nəcib işlər görmək ənənə halını alıb. İnsanın öz qanından ehtiyacı olan bir başqasına verməsi böyük nəciblikdir. Ona görə də partiyamızın üzvləri bu kimi aksiyalarda həmişə fəal iştirak edir”-deyə, YAP Siyasi Şurasının üzvləri vurğulayıb.