YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycan elminin yüksək potensialı var

Bakıda keçirilən  Elm Festivalı ictimaiyyətin elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi baxımından əhəmiyyətlidir. Bu fiki Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Elm Festivalının keçirilməsində əsas məqsəd Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etməkdən ibarətdir.

«Eyni zamanda, gənclərin elmi fəaliyyətə cəlb edilməsi də diqqət mərkəzindədir. Bu festival gənclərdə elmi tədqiqat işlərinə marağın  artırılması baxamından da əhəmiyyətlidir. Azərbaycan elminin bu gün yüksək potensialı, çox böyük uğurları, nailiyyətləri var. İnanırıq ki, belə bir festivalın keçirilməsi elmimizin inkişafına dəstək verəcək»- deyə, akademik vurğulayıb.