YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanda yeni iş yerlərinin yaradılması və insanların gəlir imkanlarının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır

“Sosial dövlət olan Azərbaycanda yeni iş yerlərinin yaradılması və insanların gəlir imkanlarının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, son 16 ildə ölkəmizdə 2 milyondan çox yeni iş yerləri açılıb. Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsi 5 faizə düşüb. Bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.

“Respublikamızda insanların məşğulluq imkanlarının genişləndirilməsi baxımından əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir.
O cümlədən respublikamızda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Azərbaycanda demoqrafiq vəziyyətdir müsbətdir və əhalinin sayı getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bu mənada ölkəmizdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır”-deyə, komitə sədri vurğulayıb.