YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Azərbaycanın böyük uğurlardan biri yüksək səviyyəli müasir infrastruktur quruculuğu ilə bağlıdır

“Son 16 ildə müstəqil Azərbaycanın qazandığı ən böyük uğurlardan biri yüksək səviyyəli müasir infrastruktur quruculuğu ilə bağlıdır. Bu dövrdə intensiv şəkildə reallaşdırılan irimiqyaslı layihələr hesabına hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur obyektləri bundan sonra onilliklər boyu xalqımıza və dövlətimizə xidmət göstərəcək. Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyır.

“Belə ki, bu sahəyə yönəldilən dövlət əsaslı vəsait qoyuluşu ilbəil artır ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni infrastruktur layihələrinin uğurlu icrası təmin olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyulun 31-də  sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında infrastruktur quruculuğunun ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirildiyini bir daha nəzərə çatdırıb. Bütövlükdə,
ölkədə reallaşdırılan infrastruktur layihələri müxtəlif istiqamətləri əhatə edir. Ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Respublikamızda reallaşdırılan infrastruktur layihələri bir qayda olaraq dövlət investisiya qoyuluşu hesabına maliyyələşdirilir. İnvestorlar da yaradılan infrastruktur obyektlərindən bəhrələnərək iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Yüksək səviyyəli infrastruktur quruculuğu ölkəmizin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb”-deyə, T.Süleymanov vurğulayıb.