YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərhəmət, şəfqət, ədalət simvolu

“Mehriban xanım Əliyeva  içtimai, siyasi, humanitar fəaliyyətlə məşğul olan gündən öz insanpərvər, xeyirxah, xoşməramlı addımları ilə seçilib, fərqlənib, tanınıb. Harada yerləşməsindən və harada yaşamasından asılı olmayaraq dünyada yardıma, köməyə ehtiyacı olanlara kömək, yardım əlini uzadıb, onlara mərhəmət, şəfqət hissləri, ədalət duyğusu ilə yanaşıb”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K. Əliyeva bildirib ki, Mehriban xanım Azərbaycan naminə öz yorulmaz fəaliyyəti ilə bütün ali mükafatlarla, o cümlədən: 2008ci ildə Polşa Respublikasının «Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2011ci ildə Fransanın «Şərəf Leqionunun zabiti» Dövlət ordeni, 2015ci ildə Pakistan Islam Respublikasının «Hilal-e Pakistan» Ali ordeni, 2018ci ildə Italiyanın «Xidmətlərinə görə» Böyük Xaç Kavaleri ordeni, 2019 cu ildə Rusiya Federasiyasının «Dostluq ordeni» ilə təltif olunub.

Onu da qeyd edək ki, Mehriban Əliyeva «Hilal-e Pakistan» ordeni ilə təltif olunan ilk birinci xanımdır. Bunlarında heç biri təsadüfü deyil. Ona görə ki, o dünyada köməyə, ehtiyacı olanlara kömək, yardım əlini uzadıb, ana-bacı sevgisi ilə yanaşıb. Həm Heydər Əliyev fondunun xətti, həm millət vəkili, həm də 2017 ildən Azərbaycanın ilk birinci vitse prezidenti kimi rəsmi fəaliyyəti ilə ölkələr, dövlətlər, xalqlar, sivilizasiyalararası münasibətlərə, əlaqələrə öz misilsiz töhfələrini verib və bu gün də bu xətt ardıcıllıgla davam etdirilməkdədir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev fondunun xətti ilə  müxtəlif və  yüksək səviyəli layıhələr həyata keçirilib və keçirilməkdədir. Elə bir sahə, elə bir məsələ yoxdur ki, orada əməkdaşlıq, tərəfdaşlıq olmasın. Bu münasibətlərin inkşaf etdirilməsində, bu günki səviyəyə çatdırılmasında heç şübhəsiz ki, Mehriban xanımın da böyük xidmətləri, əməyi, zəhməti var. O, dövlətlər arası münasibətlərin yüksək xətt üzrə inkşafı prosesinə öz əməli töhfələrini verib və verməkdədir.

Bir neçə gündən sonra Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür. Bu münasibət ilə Mehriban xanımı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlıgı, ictimai, siyasi fəaliyyətində, şəxsi və dövlət həyatında, işlərində növbəti uğurlar, müvəffəqiyyətlər, nəaliyyətlər arzulayırıq.