YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Azərbaycan-Ukrayna əlaqələrinin, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Zelenskiyə ən xoş arzularını yetirib, dost Ukrayna xalqına sülh və firavanlıq diləyib.