YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təbii qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 4 faizədək artıb

Yanvar-iyul aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 77,78 faizini, təbii qaz 10,29 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,50 faizini təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,72 faiz, təbii qazın 6,98 faiz, neft məhsullarının payı 3,11 faiz olmuşdu.