Xəbərlər
Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək
Noyabrın 17-18-də Bakıda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclası keçiriləcək.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər ki, iclasda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 4-cü iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuridir.