YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Münaqişəni daha da dərinləşdirən amillərdən ən başlıcası ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətidir

«ATƏT-in Baş katibi Lamberto Zanyerin Ermənistan hava qüvvələrinə məxsus Mİ-24 tipli helikopterin vurulmasının münaqişəni daha da dərinləşdirə biləyi haqda fikirləri ilə mətbuatdan tanış oldum. Bu  illərdir eşitdiklərimiz fikirlərin təkrarıdır, amma daha operativ, daha çevik şəkildə bildirilib». Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Ermənistan 22 ildən artıq bir müddətdə Azərbaycanın ərazilərini işğal altında saxlayır. Onun sözlərinə görə, baş katibin fikirləri qeyri-müəyyəndir.

«Belə çıxır ki, Ermənistan  azərbaycanlıları etnik təmizləməyə məruz qoya bilər, Dağlıq Qarabağ ərazisində faktiki yaşayan ermənilərin sayından dəfələrlə artıq sayda hərbi birləşmələrlə qeyri-qanuni yollarla əldə etdiyi külli miqdarda döyüş texnikası, hərbi sursatla işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni hərbi təlimlər keçirə bilər, yaşayış məskənlərimizi yerlə yeksan edərək ekoloji fəlakətlərə yol aça bilər. Bütün bunlar münaqişənin dərinləşməsi üçün risk yaratmır, ancaq həyasızcasına ərazimizə soxulan, mövqelərimizi atəşə tutan, bununla da dünyaya meydan oxumağa cəhd edən helikopterin tərəfimizdən vurulması böyük risklər yaradırmış. Hörmətli Baş katibin diqqətinə çatdırmaq istəyirəm ki, münaqişəni daha da dərinləşdirən amillərdən ən başlıcası ATƏT-in Minsk Qrupunun, eləcə də ATƏT-in özünün səmərəsiz fəaliyyəti, beynəlxalq hüququn, o cümlədən Helsinki prinsiplərinin BMT başda olmaqla bir çox beynəlxalq təşkilatların münaqişə haqda qəbul etdiyi sənədlərin yerinə yetirilməsinə göstərilən biganəlik, təcavüzə və təcavüzkar siyasətə qarşı dözümlülük, Ermənistanın beynəlxalq birliyin ərköyün uşağı kimi hərəkətlərinə və cinayətlərinə göz yummaq, bununla da ona şərait yaratmaqdır»-deyə, vitse-spiker vuruğlayıb.