YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Azərbaycan növbəti dəfə öz qapılarını dünyaya açdı

“Azərbaycan mötəbər XV Avropa Gənclər Yay Olimpiya yarışına ev sahibliyini asanlıqla qazanmayıb”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, ölkəmizdəki təhlükəsizlik, müasir idman obyektlərinin mövcudluğu, əlverişli turist və əyləncə marşrutları, tələblərə cavab verən nəqliyyat servisi Bakını cəlbedici edib. Oun sözlərinə görə, Azərbaycan növbəti dəfə öz qapılarını dünyaya açdı.

“Avropanın 48 ölkəsindən 3900 atlet 12 idman növü üzrə 135 dəst medal uğrunda mübarizə apardı. Ölkəmiz idman bayramında 122 idmançı ilə təmsil olundu. On minlərlə xarici ölkə vətəndaşı növbəti dəfə Azərbaycanı gördü, tariximizi, mədəniyyətimiz ilə maraqlandı, dövlətimizin inkişafı ilə tanış oldu. Azərbaycan növbəti dəfə dünya mediasının diqqətində oldu”-deyə, A.Mirzəzadə qeyd edib.