YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Bu ilin birinci yarısında vergi daxilolmaları üzrə dövlət büdcəsinə proqnozlaşdırılandan çox vəsait ödənilib

“Bu ilin ötən dövründə keçən ilin müvafiq ayları ilə müqayisədə dövlət büdcəsinin daxilolmalarında artım müşahidə edilib”. Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bu ilin birinci yarısında vergi daxilolmaları üzrə dövlət büdcəsinə proqnozlaşdırılandan çox vəsait ödənilib. Onun sözlərinə görə, vergi orqanları tərəfindən dövlət büdcəsinə 240 milyon manatadək vəsait daxil olub. Bu da proqnozlaşdırılan həcmdən 8,5 faiz çoxdur. Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalarda artım müşahidə olunub.

“Qeyri-neft sektorundan büdcəyə daxil olan maliyyə vəsaitinin həcmi də artıb. Bu artım iqtisadiyyatın həmin sahənin inkişafının sürətlə getdiyini göstərir. Vergi daxilolmalarının artması hesabına ölkə başçısı 2019-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə sənəd imzalayıb. Yeni sənədə görə, bir sıra maddələrdə dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, müdafiə xərcləri 150 milyon manat artırılıb. Bu artımlar ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Eləcə də, sentyabrdan minimum əməkhaqqı və pensiyalar artırılacaq. Bundan başqa, təhsil sektorunda əməkhaqlarının artırılması dövlətin sosial sahəyə diqqətinin göstəricidir”-deyə, ekspert qeyd edib.