YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Olesya Soldatova: Bu cür beynəlxalq səviyyəli yarışların keçirilməsi Azərbaycanda idmana olan marağın göstəricisidir

Qalib olduğum üçün çox sevinirəm. 16 yaşım var və 5 ildir idmanın qaçış növü ilə məşğulam.

Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarının qızlar arasında 400 metr qaçış üzrə qızıl medal mükafatçısı, rusiyalı Olesya Soldatova  deyib.

“Bu vaxtadək Atletika üzrə Avropa Birinciliyində və Rusiyada keçirilən yeniyetmələr arasında “Minsk-2019” beynəlxalq yarışında iştirak etmişəm. İdman mənim həyatımın bir hissəsidir. Bakıda tez-tez beynəlxalq səviyyəli yarışlar keçirilir. Bu, Azərbaycanda idmana olan marağın göstəricisidir. Belə yarışların birində yenidən Azərbaycana gələrək qalib olmağı arzulayıram”, - deyə O.Soldatova vurğulayıb.