YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Ötən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard dollardan çox olub

Keçən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard 300 min dollar təşkil edib.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun Ələt qəsəbəsindəki yeni Bakı Limanı ilə tanışlığı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir. Bu əməkdaşlıq əlaqələrinin nəticəsində iki ölkənin ticarət dövriyyəsi də artmaqdadır. Çin şirkətləri üçün Azərbaycanda əlverişli biznes mühiti mövcuddur.