YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan Konstitusiyası Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir

«Hər bir dövlət üçün Konstituusiya ən mühüm hüquqi sənəddir. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası Heydər Əliyevin  təşəbbüsü və Onun rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldı. Xalqımız Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanı  dəstəklədi». Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ hüquqi akt və ya prinsiplərin modifıkasiyasıdır. Onun sözlərinə görə, Konstitusiyanın qəbulu dövlətçiliyimizin mohkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

«Konstitusiyanın qəbulu ilə hüquqi dövlət quruculuğu prosesi başladı. Və Konstitusiyanın prinsipləri əsasında müstəqil dövlətimizin qanunları qəbul edildi. Bununla da, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyəsi başlandı. Əsas qanun hakimiyyət bölgüsünü müəyyən etdi, eləcə də demokratik  seçki sistemi formalaşdırıldı. Xüsusilə, bu sənəd   siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.  Azərbaycan Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məh-dudlaşdırılmasının yol verilən həddi təsbit edilib. Təsadüfi deyil ki, əsas qanunun üçdə ikisi insan hüquq və azadlıqlarına həsr olunub. Bu onu göstərir ki, dövlətimiz insan hüquqlarının qorunmasına ali prinsip kimi yanaşır. Ümumiyyətlə, 12 noyabr Konstitusiya günü Azərbaycanın  ən mühüm dövlət  bayramlarından biridir. Mən bu bayram münasibətilə bütün xalqımızı təbrik edirəm»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv