YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunmuşdur

Sığorta-pensiya sisteminin dayanıqlı inkişafı makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərlə yanaşı, demoqrafik göstəricilərin təsirinin də nəzərə alınmasını tələb edir. Bunu “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə tutulan pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması məsələsi ilə bağlı açıqlama verən E.Mehdiyev qeyd edib.

Fond sədri bildirib ki, ötən dövrdə ölkəmizdə pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qərarlar nəticəsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunmuşdur. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız maliyyə böhranından sonra başlanılmışdır ki, bunun da yaratdığı ciddi gərginlikləri hələ də müşahidə etməkdəyik. “Beynəlxalq praktikada pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması bir neçə variantda – bilavasitə yaşın artırılması, problemin gözlənilən pensiya ödənişi müddəti vasitəsilə tənzimlənməsi, erkən pensiyaya çıxmanın məhdudlaşdırılması və gec pensiyaya çıxmanın stimullaşdırılması kimi vasitələrdən istifadə olunmaqla tənzimlənir. Bu daimi bir prosesdir və burada əsas vəzifə aktuar tədqiqatlara əsaslanmaqla müxtəlif alternativlərin hazırlanması və daha uyğun olanının seçilməsidir.”  

 DSMF sədri həmçinin bildirib ki, Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 təşkil edir. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 17,7 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti qadınların say çoxluğu şəraitində orta hesabla 16 ildir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

 

 

DİGƏR Xəbərlər Arxiv