YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Əfqanıstan arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nüma­yəndə heyəti Əfqanıstan İslam Respublikasının daxili işlər naziri Mohammad Omar Daudzai və Daxili İşlər Nazirliyi Sərhəd Polisinin baş komandanı general-polkovnik Mohammad Şəfiq Fəzlinin dəvəti ilə noyabrın 10-11-də bu ölkədə rəsmi səfərdə olub.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, noyabrın 10-da Mohammad Şəfiq Fəzlinin və Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Əfqanıstanın sərhəd təhlükəsizliyi sistemi, Sərhəd Polisi­nin vəzifə və tapşırıqları, dövlət sərhəd­lərinin mühafizəsinin təşkili üzrə həyata keçirilən fəaliyyətlər və mövcud problemlər barədə məlumat verilib, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əmək­daş­lığın həyata keçirilmə­si, ikitərəfli əlaqələrin perspektiv­lərinə və qar­­şı­lıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar, müdafiə naziri ordu generalı Bismilla Xan Mohammadi, daxili iş­lər naziri Mohammad Omar Daudzai, daxili işlər nazirinin birinci müavini ordu generalı Mohammad Əyub Sələngi, sənaye və ticarət naziri Şaker Karqar, Milli Təhlükəsizlik Xidmətinin baş direktoru Rahmatullah Nabil ilə görüşlər keçirib. DSX-nin nümayəndələri Əf­qanıs­tan Polis Akademiyası, Sərhəd Polisinin qərargahı və Kabul beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili ilə tanış olublar. Noyabrın 11-də DSX rəisi general-polkovnik Elçin Quliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzay tərəfindən qəbul edilib. Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.