YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Quo Mini qəbul edib.

XİN-dən  bildiriblər ki, nazir Elmar Məmmədyarov xanım Quo Mini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Çinin hər zaman, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Həmçinin Elmar Məmmədyarov ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib.

Səfir Quo Min Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinin, bu səfər çərçivəsində ÇXR-in Sədri Si Cinpin ilə görüşünün, eləcə də bu ölkənin Xarici İşlər naziri Van İnin Bakıya ilk rəsmi səfəri də daxil olmaqla, tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirən diplomat qarşılıqlı etimad əsasında ölkələrimiz arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

 

DİGƏR Xəbərlər Arxiv