YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oktyabrda Ceyhan limanından dünya bazarlarına 2,5 milyon ton Azərbaycan nefti göndərilib

Ötən ay Ceyhan limanından dünya bazarlarına 2 milyon 495 min 968 ton Azərbaycan nefti göndərilib.

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu həcmin 1 milyon 641 min 41 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında isə Ceyhan limanından 24 milyon 594 min 844 ton Azərbaycan nefti ixrac olunub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri istismara verilən gündən bu il noyabrın 1-dək Ceyhan limanından dünya bazarlarına 257 milyon 738 min 758 ton Azərbaycan nefti yola salınıb.

 

DİGƏR Xəbərlər Arxiv