Xəbərlər
Məlahət İbrahimqızı: 14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş nöqtəsidir
“14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş nöqtəsidir”. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Azərbaycanın müstəqilliyinin əsasları məhz Ulu Öndər Heydər Əliyev tərəfindən 1970-ci illərdə qoyulmuşdu.
“1993-cü ilin iyunun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və onu yeni inkişaf yoluna çıxardı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətə çevrilib. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev ideyaları daim yaşayacaq, Prezident İlham Əliyevin siyasəti ölkəmizə yeni-yeni nailiyyətlər qazandıracaq”-deyə, M.İbrahimqızı vurulayıb.