YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi ilk dəfə Türkiyəyə çatdırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə birgə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycan karbamidinin konteynerlərdə Türkiyəyə ilk nəqlini həyata keçirib.

Şirkətdən bildirilib ki, konteynerlərdə nəql edilən ilk partiyanın alıcısı “BGN” şirkətidir.

Nəql “SOCAR Karbamid” zavodunda palletlərdəki karbamid dolu kisələrin konteynerlərə yüklənməsi yolu ilə həyata keçirilib. Yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə göndərilib.