YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı olmaqla yanaşı, Qafqazda və Mərkəzi Asiyada mühüm rol oynayır

Bu gün Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı olmaqla yanaşı, Qafqazda və Mərkəzi Asiyada mühüm rol oynayır.

Bu fikirlər “Siyasi Psixologiya Məktəbi” çərçivəsində təşkil olunan görüşdə səsləndirilib.

Siyasi Psixologiya Mərkəzində keçirilən tədbirdə Mərkəzin təsisçisi və direktoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və digərləri çıxış edərək ABŞ-ın müttəfiqi olan Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının iştirakçısı kimi Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlara dəstək verdiyini, burada sülhməramlı missiya ilə təmsil olunduğunu vurğulayıblar. Çıxışlarda Azərbaycan-ABŞ əməkdaşlığından, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən ətraflı bəhs olunub.