YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: TANAP layihəsi iki qardaş xalqın və dövlətin möhtəşəm uğurudur

“Azərbaycan qazının Avropaya nəql edilməsi üçün TANAP qaz boru kəməri hazır vəziyyətə gətirilib. Azərbaycan qazı Avropaya nəql edilməsi ilə ölkəmizin gəlirləri artacaq, iqtisadiyyatımız daha da möhkəmlənəcək, əhalinin rifah halının yaxşışaması üçün sosial layihələr həyata keçirilməsi davam edəcək”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, neft və qaz layihələrindən gələn gəlir şaxələnmiş iqtisadiyyatı daha da inkişaf etdirəcək. Onun sözlərinə görə, bu gəlirlər yeni-yeni istehsal sahələri, sənaye müəssisələri, aqroparklar, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına istiqamətləndirilir.

“TANAP layihəsinin başa çatması başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyıb Ərdoğan olmaqla iki qardaş xalqın və dövlətin  möhtəşəm uğurudur. Ölkəmizdə həyata keçirilən beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə veriləcəkdir. Əldə olunan iqtisadi nəticələr ölkəmizin həm iqtisadi həm də siyasi mövqeyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır”-deyə, deputat qeyd edib.