YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: “Ali təhsil haqqında” qanun ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edəcək

“Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına start verilib”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, bu sənəd qəbul olunduqdan sonra ali təhslin inkişafına öz töhfəsini verəcək. Onun sözlərinə görə, qanun bu sahədə hüquqi bazanı daha da gücləndirəcək. 

“Son dörd il ərzində komitə tərəfindən bir sıra yeni qanunlar, o cümlədən “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Elm haqqında” sənədlər qəbul edilib. Bu qanunlar müvafiq mərhələlərlə hazırlanıb. Hazırda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması prosesinə start verilib. 2009-cu ildən sonra dünyada təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın”-deyə, komitə sədri vurğulayıb.

İ. Həbibbəyli qeyd edib ki, “Ali təhsil haqqında” qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyası, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə, eyni zamanda, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.

DİGƏR Xəbərlər Arxiv