YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beş ayda Bakıda 16,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yanvar-may aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 16,6 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən sənaye məhsulunun 16,1 faizi emal sektorunda istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-nə 247,1 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 43,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.