YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Müdafiə naziri Milli Qəhrəman Anatoli Davidoviçin anasını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Belarusda səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 2-də Minskdəki şəhər klinik xəstəxanasında müalicə alan Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin anası xanım Kima Davidoviçi ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, K.Davidoviçin səhhəti və müalicə prosesi ilə maraqlanan nazir gül dəstəsi və Azərbaycandan gətirilən sovqatı ona təqdim edərək tezliklə sağalmasını arzulayıb. Xəstəxananın baş həkimi və müalicəni həyata keçirən tibbi personalı ilə görüşən Müdafiə naziri K.Davidoviçin müalicəsinə dair bütün xərclərin Azərbaycan tərəfinin öz üzərinə götürdüyünü vurğulayıb.

Çay süfrəsi arxasında söhbət zamanı Milli Qəhrəman mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi, onun xatirəsinin hər iki ölkədə daim ehtiramla yad edildiyini bir daha qeyd olunub.

Qəhrəmanın anası onu ziyarət edərək səhhəti ilə maraqlandığına və oğlunun xatirəsinə göstərilən ehtirama görə Azərbaycanın Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını ifadə edib.

 

DİGƏR Xəbərlər Arxiv