YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Ermənistan işğal olunmuş ərazilərimzidə yerləşən tarixi-mədəni abidələrimizə qarşı vandalizm həyata keçirib

“Ermənistan işğal olunmuş ərazilərimzidə yerləşən tarixi-mədəni abidələrimizə qarşı vandalizm həyata keçirib. Əlbəttə ki, Azərbaycan dövləti bu faktın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparır. Bu baxımdan, UNESKO mühüm beynəlxalq tribunadır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının  açılış mərasimində də respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çıxışı zamanı Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını vurğulayıb.

“Ölkəmiz təşkilat qarşısında hər zaman bu məsələni qaldırır və lazımı faktları təqdim edir. Lakin Ermənistan həmin əraizlərdə UNESKO-nun hər hansı monitorinqinin aparılmasını əngəlləyir. Bu da işğalçı dövlətin mahiyyətini bir daha ortaya qoyur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bundan sonra da işğalçı Ermənistanın əsl mahiyyətini dünyada ifşa etmək istiqamətində siyasətini davam etdirəcək”-deyə, J.Əliyeva qeyd edib.