YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Nağıyev: Son illərdə turizmin inkişafı sahəsində kifayət qədər işlər görülüb

“Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlaması turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biridir”. Bu fikri Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyev bildirib ki, agentlik turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi üçün çalışır. Onun sözlərinə görə, son illərdə bu sahədə kifayət qədər işlər görülüb.

“Ancaq bu sahədə sualların mövcud olması da məlumdur. Turizm özü kompleks xidmət sahəsidir və inkişafı da xidmət sferasının xidmətindən, inkişaf səviyyəsindən asılıdır. İnanırıq ki, görülən işlər nəticəsində bu sahədə daha böyük nəticələr əldə olunacaq”-deyə, F.Nağıyev vurğulayıb.