YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meksikalı qonaq: Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir

Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasını yüksək səviyyədə təşkil edib.

Bunu sessiyada iştirak edən meksikalı qonaq Fransisko Vidraqes deyib.

F.Vidraqes qeyd edib ki, Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir: "Sessiya zamanı irs məsələləri ilə bağlı səmərəli müzakirələr aparılır. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünyada irsin qorunması məsələsinə mühüm töhfə vermiş olur".

Azərbaycanda birinci dəfə olduğunu deyən qonaq ölkəni çox bəyəndiyini bildirib: “Sizin ölkə çox gözəldir və insanlar da çox qonaqpərvərdir”.